Tərtərdə Ümummilli liderin 90 illiyinə həsr olunmuş tədbir keçirilib
Tərtərdə Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə tədbir keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Tərtər rayon mədəniyyət şöbəsi, Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan silsilə tədbirlər çərçivəsində "Heydər Əliyev dövlətçiliyimizin təməlçisidir" mövzusunda dəyirimi masa keçirib.
Tədbirdə müəllimlər və tələbələr Ulu öndərin siyasi fəaliyyəti haqqında geniş məlumat veriblər. İştirakçılar qeyd ediblər ki, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz regionun lider dövlətinə çevrilib.
Hazırda bu siyasət Ulu öndərin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB