“ORATOR” hüquq ofisi təklif edir

“ORATOR” hüquq ofisi təklif edir

Ümummilli lider, mərhum Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar olaraq "ORATOR" hüquq ofisi may ayının 01-dən etibarən telefon vasitəsilə hüquqi məsləhətlərin verilməsini təşkil edir.

Bu barədə SİA-ya " ORATOR " hüquq ofisinin direktoru Həsən Həsənov məlumat verib.

Ofis həmçinin aztəminatlı ailələrə hüquqi yardımın göstərilməsini də təşkil edir. Bu xidmətlərə zəruri sənədlərin hazırlanması, məhkəmədə təmsilçilik və s. daxildir.

Xidmətlərdən istifadə etmək üçün "ORATOR" Hüquq Ofisinə (050) – 204-70-49, (055) – 204-70-49, (070) – 204-70-49 telefon nömrələri vasitəsilə müraciət edə bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə