Molla Nəsrəddin lətifələrinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi planlaşdırılır

Molla Nəsrəddin lətifələrinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi planlaşdırılır

Mayın 7-də Türkiyənin Eskişəhər vilayətində 30-dan çox ölkənin nümayəndələrinin iştirakı ilə Beynəlxalq "Molla Nəsrəddin" simpozimu işə başlayacaq.

Məqsəd geniş bir coğrafiyada, o cümlədən Azərbaycanda, Çində, Özbəkistanda, Qazaxıstanda, Qırğızıstanda, Türkmənistanda, Hindistanda, həmçinin Anadoluda, Balkan yarımadasında, Yaxın Şərqdə, Şimali Afrikada söylənilən, nəsildən nəslə, atadan nəvəyə miras olaraq ötürülən Molla Nəsrəddin lətifələrinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsidir.

UNESCO-nun Türkiyə üzrə milli komitəsinin təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək tədbirdə müvafiq quruma təqdim edilməsi üçün Molla Nəsrəddin lətifələri haqqında sənədin hazırlanması nəzərdə tutulub.

Simpozium mayın 8-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə