Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə aprelin 25-dən mayın 2-dək Cənub bölgəsində növbəti xeyriyyə aksiyası keçirilir. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş bu aksiya çərçivəsində Lənkəran rayonunda ürək-damar cərrahı Rəşad Mahmudovun rəhbərliyi altında Mərkəzi Neftçilər Xəstəxanasının həkim heyəti tərəfindən bir sıra açıq ürək əməliyyatları icra olunacaq.
Aprelin 26-dan Lənkəran Müalicə-Diqanostika Mərkəzində "Uşaq həftəsi" xeyriyyə aksiyası çərçivəsində anadangəlmə ürək qüsurundan əziyyət çəkən 6 körpə əməliyyat olunacaq və O.Mirzəyev adına Lənkəran Qarışıq Tipli Uşaq Evində olan bütün uşaqların ürək müayinələri təşkil ediləcəkdir.
Aprelin 27-də Lənkəran Müalicə-Diaqnostika Mərkəzində Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş "Ürək-damar xəstəliklərinin müalicəsinin bu günü və gələcəyi" adlı VII regional elmi-praktiki konfransı fəaliyyətə başlayıb.
Lənkəran Müalicə-Diaqnostika Mərkəzinin konfrans zalında keçirilən tədbiri Mərkəzin baş həkimi Malik Məmmədov açaraq konfransın gündəliyi ilə iştirakçıları tanış edərək bildirib ki, bu gün ikinci açıq ürək əməliyyatı keçiriləcək. Regionlarda ilk dəfə əməliyyat 2006-cı ilin dekabr ayında respublikada məhz Lənkəran Müalicə-Diaqnostika Mərkəzində reallaşıb.
Lənkəran ŞİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsal Nəsirli Ulu Öndərimizin ölkə səhiyyəsinin inkişafı sahəsində həyata keçirdiyi islahatlardan, hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsindən danışıb, bugünkü konfransın Ulu Öndərin 90 illik yubileyi münasibətilə həyata keçirilən silsilə tədbirlərin tərkib hissəsi olduğunu diqqətə çatdırıb.
Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi Həbib Yüzbaşıyev respublikanın regionlarında ilk açıq ürək əməliyyatının 7 il bundan əvvəl Lənkəranda keçirildiyini, indiyədək müxtəlif regionlarda 500-dək belə əməliyyatların keçirildiyini,1000-dən artıq müayinələrin aparıldığını qeyd edib.
Sonra Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının sədri, tibb elmləri üzrə fəlsəfə doktoru, həmyerlimiz Rəşad Mahmudovun "Sianotik anadangəlmə ürək qüsurları" mövzusunda məruzəsi dinlənilib.
Məruzədən sonra Rəşad Mahmudovun rəhbərliyi altında 5 yaşlı qız uşağında açıq ürək əməliyyatı canlı yayında izahlı şəkildə yerli həkimlərə tədris edilib.
Daha sonra tibb elmləri üzrə fəlsəfə doktoru Seymur Musayev "Asianotik anadangəlmə ürək qüsurları" mövzusunda məruzə edib.
Sonda iştirakçılar xüsusi sertifikatlarla təltif olunub.
Aksiya çərçivəsində həmçinin Mərkəzi Neftçilər Xəstəxanasının 25 nəfərdən ibarət həkim və mütəxəssis heyəti xeyriyyə aksiyası müddətində 200-ə yaxın xəstənin müayinə və müalicəsini təşkil etməsi nəzərdə tutulub.
Növbəti aksiya aprelin 29-da Astara Rayon Mərkəzi Xəstəxanasında keçiriləcək.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB