Azadlıq radiosu böhtan kampaniyası aparır MÖVQE

İcraçı direktor: “Radio rəhbərliyi ifşa olunduğunu etiraf etməlidir”
Azadlıq radiosu böhtan kampaniyası aparır MÖVQE

Azərbaycana xalqına, hakimiyyətinə qarşı mətbuat haqqında qanunun tələblərinə uyğun gəlməyən, əsassız, daha çox qərəz üstündə qurulan məqalələri ilə siyasi mübarizə aparan "Azad Avropa Azadlıq Radiosu"nun Bakı ofisi növbəti bəyanatını verib. Bu "sənəddən" SəsTV-nin də adı keçdiyindəm məsələyə qurumun rəhbərliyi tərəfindən münasibət bildirməyi xahiş etdik. SİA-nın icraçı direktoru Vəli Vəliyev bəyanatı mətbuatdan oxuduğunu bildirdi.

"Bu bəyanat daha çox Azadlıq Radiosunun özünə bəraət qazandırmasına hesablanıb. Konkret olaraq Nehrəm kəndinin sakinləri barəsində çəkilənlərə münasibət bildirmək istəyirəm. Bu prosesi öncə "Azadlıq Radiosu" başladıb. Radionun Yafəz Həsənov (Əkrəmoğlu) adlı əməkdaşı, çox güman ki, rəhbərliyinin tapşırığı əsasında Nehrəm kəndinin dünya siyasətindən bixəbər, sadə sakinlərini aldadaraq onların dilindən hakimiyyət orqanlarına qarşı qara piar kampaniyası aparmaq iddiasında düşüb. Amma bu işi çox savadsız və səriştəsiz şəkildə edib. Mən deyərdim ki, Yafəzin bəlkə də ağlına gəlməyib ki, etdiyi bu qanunsuz əməl ifşa oluna bilər. Çünki indiyədək "Azadlıq Radiosu"nun yazdıqlarını, çəkdiklərini heç kim təftiş etməyə, yalan yazdıqlarını ictimaiyyətə faktlarla, sübutlarla çatdırmağa həvəs göstərməmişdi. Bəlkə də kimsə, hansı media orqanı, yaxud müstəqil araşdırmaçı başının ağrımasını istəməmişdi. Hər kəsə də bəllidir ki, Azərbaycanda 3500-dən çox media orqanı qeydiyyatdan keçib. Senzuranın olmadığı ölkədə obyektiv yazılan məqalələrin müəlliflərinə heç bir təsir göstərilmir. Demokratik mühitdə bunun baş verməsi də mümkün deyil. Bir nəfər soruşmur ki, Yafəzin kənd sakinləri ilə telefon danışıqlarına qədər hansı hadisələrin baş verdiyi haqda Azadlıq Radiosunun rəhbərliyi niyə məlumat vermir? Yafəz kənd sakinlərindən hakimiyyətə qarşı qara piar kampaniyasında necə istifadə edib? SəsTV niyə həmin faktı araşdırmağa başlayıb?".

İcraçı direktor bu məsələyə də aydınlıq gətirib: "Yəqin ki, Azadlıq Radiosunun başbilənləri SəsTV-nin reportajına sona qədər diqqətlə baxmayıblar. Biz mətbuat haqqında qanunun tələblərinə ciddi əməl etmişik. Bizi xüsusi xidmət orqanları ilə əlaqədə suçlayanlara xəbərdarlıq edirəm, faktı sübut etmək üçün əllərində tutarlı sənəd varsa məhkəməyə müraciət etsinlər, əgər bu yoxdursa onda böhtan atdıqlarına görə mən onları məhkəməyə verəcəyəm. Qeyd edim ki, SəsTV nehrəmlilərin redaksiyamıza ünvanladıqları müraciət əsasında bu reportajı hazırlayıb. Şikayət edənlər bəlli, qarşı tərəf də həmçinin. Telefon danışığını və digər faktları da şikayətçilərin özləri bizə veriblər. Burada başa düşülməyən nədir, mən bilmirəm".

Bütün baş verənlərdə rəsmi orqanların əlinin olmasına münasibət bildirən V.Vəliyev bildirib ki, Yafəzin Nehrəm sakinləri ilə görüşü, onlara müəyyən təkliflər müqabilində hakimiyyətə qarşı iftiralar atmağı müxbirə hakimiyyət orqanları yox, Azadlıq Radiosunun rəhbərliyi vermişdi. İndi rəsmi orqanlar nə etsin ki, Yafəz ifşa olunub. İfşanı da yenə hakimiyyət yox, nehrəmlilər ediblər. Məsləhətim budur ki, radionun Bakı bürosunun rəhbəri Babək Bəkir qurumun prezidenti Kevin Kloseyə həqiqəti desin, işi yarıda bilmədiyini, ifşa olunduqlarını bəyan etsin".

Bütün xəbərlər Facebook səhifəmizdə