Bakıda tarixi tikili 8,5 metrdən çox sürüşdürülüb

Bakıda tarixi tikili 8,5 metrdən çox sürüşdürülüb

Ölkədə ilk dəfə Füzuli 39 ünvanındakı tarixi binada reallaşan sürüşdürülmə prosesi hələ də davam edir. Məlumata görə, bina artıq 8,5 metr geriyə sürüşdürülüb. Hazırda binada işlər davam etdirilir.

Hollandiyanın Bresser şirkəti və yerli mütəxəssislər tərəfindən aparılan proses binanın alt hissəsinə yerləşdirilən 210 ədəd hidravlik qurğunun köməyi ilə həyata keçirilir. Bina ssatda 8 sm-ə yaxın geri sürüşdürülür.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov açıqlamasında binanın sürüşdürülməsinin aprelin 23-də başladığını və işin ayın 28-də qurtaracağını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə