“Dövlət rəmzlərimizi sevək və sevdirək”

“Dövlət rəmzlərimizi sevək və sevdirək”

TUMİB-in layihəsi Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində (AzMİU) uğurla davam etdi

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində (AzMİU) "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB) təşkilatçılığı ilə "Dövlət rəmzlərimizi sevək və sevdirək" mövzusunda növbəti tədbir həyata keçirib. SİA-nın verdiyi məlumata görə, Tədbir Gənclər və İdman Nazirliyinin mailyyə dəstəyi və TUMİB tərəfindən icra olunan "Tələbələr arasında dövlət rəmzlərinin təbliği" layihəsi çərçivəsində reallaşıb.

Tədbirdə TUMİB-in sədri Çingiz Bayramov, Universitetin müəllimi dosent Şahin İsmayılov, professor Mayis Əmrahov, TUMİB-in üzvü Cabir Dövlətzadə, TUMİB "Gənclər Mərkəzi"nin sədri Aidə İmamova, Universitetin Tələbə Həmkarlarının sədri Bayram Aslanov və başqaları çıxış ediblər.

Çıxış edənlər bayrağımız, gerbimiz və himnimiz, onların yarandığı tarixi-siyasi vəziyyət barədə tələbələrə ətraflı məlumat vermiş, hər bir Azərbaycan vətəndaşının həmişə dövlət rəmzlərimizi sevməyə və sevdirməyə borclu olduğunu diqqətə çatdırmışlar. Tədbirdə çıxış edənlər tərəfindən Dövlət rəzlərimizin və Milli ideologiyamızın formalaşmasında xidmətləri olmuş Əli bəy Hüseynzadənin, Əhməd Cavadın, Hüseyn Cavidin, Əhməd Ağaoğlunun, İsmayıl bəy Qaspırallının, Yusif Akçuraoğlunun, Məmməd Əmin Rəsulzadənin, Mustafa Kamal Atatürkün və çağdaş Türk dövlətçilik fəsəfəsinin banisi olan Heydər Əliyevin fikirlərini oxumağı tələbələrə töfsiyyə ediblər. Tədbirdə bildirilib ki, hər bir ailədə Dövlət bayrağımız olmalı və bayram günləri evlərindən bayraq dalğalanmalıdır. Daha sonra cıxışçılar tərəfindən qeyd edilib ki, ilk dəfə 1918-ci ildə yaranan dövlət rəmzlərimiz müstəqilliyimizin bərpasının ilk illərində - 1990-cı ildə ilk dəfə olaraq Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilərək Azərbaycan Sovet Sosialist Respublikasının Ali soveti qarşısında məsələ qaldırılaraq Azərbaycan Demokratik Respublikasının dövlət rəmzlərini qəbul etməyə çağırıb və daha sonra Azərbaycan Respublikasının dövlət rəmzləri kimi qəbul olunub.

TUMİB-in sədri Çingiz Bayramov layihə ilə bağlı bildirib ki, tədbirin məqsədi gənclərimizə dövlət rəmzlərinə hörmətin aşılanması və ölkəmizdə vətənpərvər ruhlu, ziyalı gənclərin yetişdirilməsinə xidmətdir.

Tədbirdə cıxış edənlər günümüzdə dövlətimizin başçısı Prezident İlham Əliyev tərəfindən bayarğımız uğurunda şəhid və qazi olmuş vətədaşlarımızı yüksək qiymətləndirdiyini və Prezidentin müvafiq Sərəncamı ilə hər il noyabrın 9-nun Dövlət Bayrağı Günü kimi qeyd edildiyi tələbələrin nəzərə çatdırılıb.

Sonda tədbir iştirakçılarına TUMİB tərəfindən diplomlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə