Bu gün hava şəraitinin dəyişkən buludlu, gündüz arabir tutulacağı gözlənilir. Mülayim şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 7-12, gündüz 15-20, bəzi yerlərdə 23 dərəcəyədək isti olacağı gözlənilir.
Ölkənin rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 7-12, gündüz 20-25, bəzi yerlərdə 28-30, dağlarda gecə 1-6 dərəcə isti, yüksək dağlıq ərazilərdə gecə 3-8 dərəcə şaxta, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcəyədək isti olacaq.
Respublikanın ərazisində yaxın bir neçə günə proqnozlaşdırılan əlverişli hava şəraiti kənd təsərrüfatı bitkilərinin vegetasiyasını sürətləndirəcək. Torpağın şum qatında temperaturun 14-18 dərəcəyə yüksəlməsi səpilmiş çiyidin, qarğıdalının cücərməsinə müsbət təsir edəcək. Belə hava şəraiti əksər rayonlarda payızlıq dənli bitkilərin sünbülləmə mərhələsinin başlanması, bostan və tərəvəz bitkilərinin əkilməsi çoxillik otların inkişafı üçün əlverişli olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB