Sabah "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı ilə Bakıda "Gənc şairlərin beynəlxalq Forumu" öz işinə başlayacaq. SİA-nın məlumatıan görə, Beynəlxalq Muğam Mərkəzində keçiriləcək tədbirə dünyanın 20-dən çox ölkəsinin gənc şairələri qatılacaq. Bu sırada Avropa, Asiya, Afrika ölkələrindən gələn gənc istedadlar daxildir.
Toplantıda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Yazıçılar Birliyinin rəsmiləri, Milli Məclisin üzvləri, diplomatik korpusun nümayəndələri iştirak edəcək. Forumda tanınmış şairlər, yazıçılar, mədəniyyət xadimləri qatılacaq.
"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifqaının sədri, deputat Fuad Muradov bildirib ki, Azərbaycanda gənc şairələrin beynəlxalq forumu ilk dəfədir keçilir. Forum mərhum prezident Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub.
"Bu Forumun əsas məqsəd müxtəlif ölkələrdə yaşayan gənc ədəbi istedadların görüşünü təşkil etmək və Bakıda beynəlxalq əməkdaşlıq ənənəsinin bünəvrəsini qoymaqdır"-deyə F.Muradov vurğulayıb.
Onun sözlərinə görə, Bakıda keçiriləcək toplantıya dünyanın 20 ölkəsini təmsil edəcək gənc şairələr qatılacaq:"Bu son illərdə ölkədə ədəbi mühitində bir hadisə olacaq. Avropa ölkələrindən tutmuş Afrikaya qədər ölkələrədə yaşayan gənclər Bakıda təkcə təcrübə mübadiləsi aparmayacaq, həm də böyük bir ədəbi şəbəkənin formalaşadıracaqlar".
"Azərbaycanın ədəbi gəncliyini bu foruma dəvət edirik. Ümid edirəm ki, tədbir Azərbaycanın gənc yazarlarının beynəlxalq arenaya çıxmasında öz töhfələrini verəcək", - deyə F. Muradov vurğulayıb.
Forum zamanı gənc şairələr Günel Anarqızının və digərlərinin moderatorluğu ilə müxtəlif mövzularda müzakirələrdə iştriak edəcək, şerlərini söyləcək və ədəbi diskusiyalarda iştirak edəcəklər.
Forumda tarixi "İpək yolu" üzərində yerləşən ölkələrin gənc şairlərinin ədəbi şəbəkəinin yaradılması müzakirə olunacaq. Bakıya gəlmiş qonaqlar şəhərimizin tarixi yerləri ilə tanış olacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB