Qanıxçay çayına düşmüş şəxsin cəsədi tapılıb. Bu haqda SİA Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər yayıb.
Xəbərdə deyilir ki, Gürcüstan ərazisində Qanıxçay (Alazan) çayına düşmüş şəxsin axtarışları başa çatıb.
Cəsəd çayın Azərbaycan ərazisindən keçən hissəsində tapılaraq sudan çıxarılmış və Gürcüstan tərəfinə təhvil verilib.
Qeyd edək ki, axtarış-xilasetmə tədbirləri Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsi və Dövlət Sularda Xilasetmə Xidməti tərəfindən birgə həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB