Lənkəranda akademik Zərifə Əliyevanın 90 illik yubileyi qeyd olunub FOTOLAR
Aprelin 26-da Heydər Əliyev Mərkəzində akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, əvvəlcə "Şərəf dolu ömür yolu" adlı fotoslayd nümayiş etdiriib.
Tədbiri giriş sözü ilə açan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru Ağabala Kəlbiyev Zərifə xanım Əliyevanın şərəfli ömür yolu haqqında məlumat verib.
Sonra MRX baş həkiminin müavini Əbülfət Məmmədovun məruzəsi dinlənilib. Məruzədə Zərifə xanım Əliyevanın mənalı həyat və fəaliyyəti haqqında, oftalmologiya sahəsində göstərdiyi misilsiz xidmətlər, ixtiralar və yeniliklər barədə məlumat verilib.
Məruzə ətrafında müzakirələrdə MRX baş həkiminin müavini, oftalmoloq Taleh Məmmədov, Mamusta kənd sahə xəstəxanasının baş həkimi Şakir Qasımov və başqaları çıxış edərək Zərifə xanım Əliyevan görkəmli oftalmoloq, ictimai xadim, mehriban ana, xeyirxah insan, səmimi ömür-gün yoldaşı kimi xarakterizə edərək onun xatirəsinin xalqımız tərəfindən daim əziz tutulduğunu bildiriblər.
Lənkəran ŞİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsal Nəsirli tədbiri yekunlaşdıraraq cənab Prezident İlham Əliyevin Akademik Zərifə Əliyevanın 90 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncama əsasən rayonumuzda silsilə tədbirlərin keçirildiyini qeyd edib, əlamətdar yubileyin elm, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində, rayonun bütün idarə, müəssisə və təşkilatlarında təntənəli şəkildə qeyd olunduğunu diqqətə çatdırıb.
Sərraf Mirsəfəroğlu


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB