Ulu Öndərin 90 illik yubileyi Şəmkirdə qeyd edildi FOTO

Ulu Öndərin 90 illik yubileyi Şəmkirdə qeyd edildi FOTO

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90-cı il dönümü münasibətilə Şəmkir rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı və Gənclər İdman İdarəsinin birgə təşəbbüsü ilə geniş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir Ümummilli Lider Heydər Əliyevin 90-cı il dönümü münasibəti və Gənclərin Azərbaycançılıq, Vətənpərvərlik ideyaları, milli və ümumbəşəri dəyərlərə hörmət, gənclərin məşğulluğunun təmini və sosial-maddi vəziyyətinin yüksəldilməsi, gənclərin istək və arzularının öyrənilməsi məqsədini daşıyır.

Tədbiri giriş sözü ilə Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev açaraq bildirib ki, dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri var. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə-Qərb arasında etibarlı körpü rolunu oynamağa başlayıb və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib.

Sonra Şəmkir rayon Gənclər və İdman idarəsinin rəisi Pərvin Gözəlov geniş məruzə ilə çıxış edib. O, vurğulayıb ki, gənclərimiz müasir Azərbaycanın inkişafı prosesində fəal iştirak edir və dövlətimiz gənclərmizin vətənpərvər ruhda inkişafı üçün hər cür şərait yaradır. Azərbaycan gəncliyinin inkişafı və ölkəmizdə gənclər siyasətinin formalaşması Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

P. Gözəlov Azərbaycanda gənclərə diqqət və qayğı siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

P.Gözəlov Azərbaycan dövlətinin həyata keçirdiyi gənclər siyasəti barədə danışıb: "Artıq Azərbaycanda elə bir gənc nəsil formalaşıb ki, ona həm Azərbaycan cəmiyyəti etibar edir, həm də dünyada hörmət olunur. Bu gün Azərbaycan gəncliyi intellektualdır, gənclərimiz fəaliyyət göstərdikləri hər bir sahədə yüksək peşəkarlıq nümayiş etdirirlər. Gənclərimizin fəallığı Azərbaycanın beynəlxalq nüfuzuna da öz müsbət təsirini göstərir".

Tədbirdə çıxış edən Şəmkir rayonunun Əməkdar Məşqçi müəllimi Ramiz Yusifov ölkəmizdə həyata keçirilən gənclər siyasəti, gənclərə göstərilən diqqət və qayğı barədə ətraflı məlumat verib. O, bilirib ki, ölkəmizdə yeni iş yerlərinin açılması, tələbə gənclərin təqaüdlərinin və gənclərin xarici ölkələrdə təhsil imkanlarının artırılması dövlətimizin gənclərlə bağlı siyasətinin əsas istiqamətidir. Təsadüfi deyil ki, gənclər ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə