Ölkədə ilk dəfə Füzuli 39 ünvanındakı tarixi binada reallaşan sürüşdürülmə prosesi hələ də davam edir. Artıq tarixi bina 5 metr 30 sm sürüşdürülüb. Hollandiya şirkəti və yerli mütəxəssislər tərəfindən aparılan proses binanın alt hissəsinə yerləşdirilən 210 ədəd hidravlik qurğunun köməyi ilə həyata keçirilir. Saatda 8 sm sürüşdürülən binada işlərə bu ayın 23-də başlanıb və demək olar ki, prosesin yarı hissəsi görülüb.
Hollandiyadan gətirilən xüsusi qurğu ilə idarə olunan bina həyətyanı sahəsi, eləcə də mənzil sahiblərinin evlərindəki əşyalarla bərabər sürüşdürülür. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun sözlərinə görə, Füzuli 39 ünvanındakı təcrübə gələcəkdə digər tarixi binalara da şamil oluna bilər.
Qeyd edək ki, adıçəkilən bina hələ 1908-ci ildə neft maqnatları İsa və Kazım bəy Hacınski qardaşları tərəfindən inşa olunub. Onun sürüşdürülməsində məqsəd tarixi memarlıq nümunəsi kimi qorunması və Füzuli küçəsinin genişləndirilməsidir.
Bakıda Füzuli, 39 ünvanında yerləşən binada sürüşdürülməsinə başlanılıb. Uzunluğu 52, eni 35, hündürlüyü 20 metr olan bina 18 min ton ağırlığındakı binanın sürüşməsi üçün ərazidə 210 ədəd xüsusi qurğu qurulub. Sürüşdürmə bu gündən başlayaraq 3-5 gün ərzində davam edəcək. Sonra bina 10,5 m geri çəkiləcək.
Binanın təməlinə xüsusi metr yerləşdirilib. Bunun sayəsində onun necə sm sürüşdürüldüyünü açıq müşahidə etmək mümkün olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB