Bu gün ölkəmizdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi təntənəli şəkildə qeyd edilir. SİA-nın məlumatına görə, bu münasibətlə Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyi və Bakı Dövlət Universiteti birgə yubiley tədbiri təşkil edib. "Zərli tac kamallı başa yaraşır" adlı tədbirdə Aşıq Şəmşirin Heydər Əliyevə həsr etdiyi şeirlər əsasında hazırlanmış və Heydər Əliyevin Azərbaycana həsr etdiyi şərəfli ömrün anlarını əks etdirən film nümayiş etdirilib.
Tədbirdə Kəlbəcər rayon ziyalıları, Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələr iştirak edib. Tədbirin rəsmi hissəsində Universitetin rektoru, akademik Abel Məhərrəmov, Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyin sədri, yazıçı Qənbər Şəmşiroğlu, Xalq şairi Zəlimxan Yaqub və başqaları çıxış edib, Ulu Öndərlə bağlı olan xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.
Tədbirin bədii hissəsində Azərbaycanın tanınmış sənət adamları çıxış edib, Ulu Öndər Heydər Əliyevə həsr edilən mahnılar ifa ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB