Bərdədə Zərifə Əliyevanın 90 illik yubileyi qeyd olunub

Bərdədə Zərifə Əliyevanın 90 illik yubileyi qeyd olunub

Bərdə rayon icra hakimiyyəti və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın 90 illik yubileyi münasibətilə tədbir keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, tədbirin iştirakçıları ilk öncə akademik Zərifə Əliyevanın büstü önünə tər çiçəklər düzüblər. Zərifə Əliyeva adına orta məktəbdə keçirilən tədbirdə giriş sözü ilə çıxış edən, rayon icra hakimiyyəti başçısının müavini Fəqət Şadlinsi Azərbaycan oftalmologiya elminin inkişafında misilsiz xidmətləri olmuş akademik Zərifə Əliyevanın zəngin həyat və fəaliyyətindən bəhs edib.

O, qeyd edib ki, Zərifə xanım Əliyeva gözəl həkim, olmaqla yanaşı həm də qayğıkeş xanım idi. Ulu Öndər Heydər Əliyevin ömür gün yoldaşı olmuş Zərifə Əliyevanın həmçinin dəyərli bir oftalmoloq kimi Azərbaycan tibb elmi qarşısında misilsiz xidmətləri olduğunu da tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, vurğulayıb ki, dəyərli bir ana olan Zərifə Əliyeva həmçinin Azərbaycan xalqının bu günü və gələcəyi üçün böyük dayaq olan övlad yetişdirib.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə