"Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin əhatəsində olan idarə, təşkilat və müəssisələrdə işçilərlə işəgötürənlər arasında kollektiv əmək müqaviləsi imzalanır və tərəflərin hüquqlarının qorunması prosesinə nəzarət olunur". SİA-nın xəbərinə görə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyev jurnalistlərə açıqlamasında belə deyib.
Onun sözlərinə görə, bu Komitənin fəaliyyət göstərmədiyi idarə, təşkilat və müəssisələrdə isə işə götürənlərlə işçilər arasındakı əmək müqaviləsinin bağlanması prosesinə digər dövlət qurumu nəzarət edir: "Komitənin nəzarəti altında fəaliyyət göstərməyən idarə, təşkilat və müəssisələrdə tərəflər arasında əmək müqaviləsinin bağlanmasına nəzarəti Əmək və Əhalinin Soaial Müdafiəsi Nazirliyi həyata keçirir və bu onların səlahiyyətində olan məsələdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB