Çernobil qəzasının 27-ci ildönümü qeyd edildi

Çernobil qəzasının 27-ci ildönümü qeyd edildi

26 aprel 2013-cü il tarixdə Masallı "Olimpiya" İstirahət mərkəzində Çernobil qəzasının 27-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib. Mərasim iştirakçıları Ulu öndər Heydər Əliyevin, Vətən uğrunda və Çernobil qəzasında həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Yeni Azərbaycan Partiyası Masallı rayon Təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək ilk öncə rayon İcra hakimiyyəti başçısı Rafil Hüseynovun salamını çatdırıb və onlara uzun ömür can sağlığı arzuladığını qeyd etmişdir. Sonra natiq 1986-cı il aprel ayının 26-da Çernobildə baş vermiş qəzanın bəşəriyyət üçün faciəyə çevrildiyini, qəzanın aradan qaldırılması zamanı 7 minə qədər Azərbaycanlının bu işə cəlb edildiyini, ölkəmizin və o cümlədən Masallıdan olan 110 vətəndaşın qəzanın aradan qaldırılmasında könüllü iştirak etməsini vətəndaşlarımızın humanist addımı kimi dəyərləndirərək mərasim iştirakçılarının nəzərinə çatdırıb.

S.Əliyev qeyd edib ki, uzun illər burada iştirak edənlərin səhhətindəki problemlər gizli qalmışdır. Lakin Çernobil əlillərinə ilk olaraq qayğının 1993-cü ildə Ulu öndər Heydər Əliyev tərəfindən göstərildiyini, onlara sosial status - əlillik statusu verildiyini bildirib və Çernobil əlillərinə bu günkü qayğıdan geniş danışıb. Bildirib ki, onlara mənzillər, maşınlar, prezident təqaüdləri təyin edilib. Rayonumuzda da 7 nəfər Çernobil əlilinə mənzil verilib, 1 əlilə isə Novruz bayramı ərəfəsində avtomobil verilib. Çernobil əlilləri İttifaqı İctimai Birliyinin Masallı rayon şöbəsinin sədri Nazim Paşayev, Çernobil qəzasında iştirak edənlərdən Salman Qasımov və başqaları çıxış edərək həmin günləri xatırlayıb, onlara yaradılmış şəraitə görə ölkə prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər və oktyabr ayında keçiriləcək prezident seçkilərində möhtərəm prezident İlham Əliyevi dəstəkləyəcəklərini söz veriblər. Sonda Çernobil qəzası zamanı həlak olanların ruhuna dualar oxunub və mərasimdə iştirak edən Çernobil əlillərinə maddi köməklik göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə