“Heydər Əliyev və gənclər siyasəti” mövzusunda konfrans keçirilib
Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) "Heydər Əliyev və gənclər siyasəti" mövzusunda konfrans keçirilib. SİA xəbər verir ki, konfrans Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Respublika Komitəsinin xidmətinə daxil olan ali təhsil müəssisələrinin tələbə həmkarlar ittifaqı komitələrinin birgə təşkilatçılığı ilə baş tutub. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyev tədbirin açılışında çıxış edərək bildirib ki, Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda güclü gənclər siyasəti yaradılıb.
Onun sözlərinə görə, Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Sədr qeyd edib ki, Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətində mühüm rolu olub: "Məhz Ulu Öndərin Hakimiyyəti illərində Gənclər günü təsis edilib. Onun potensial güc mənbəyi kimi ictimai və sosial həyatın, cəmiyyət quruculuğunun bütün sferalarında təmsil olunmalarına geniş imkanlar yaratdığı qüvvə həmişə gənclər olub. Ümummilli lider tərəfindən əsası qoyulan gənclər siyasəti bugün Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir".
Sonra mövzu ətrafında çıxışlar edilib, tədbirdə iştirak edən gənclər Heydər Əliyevin Azərbaycanın tarixindəki əvəzsiz rolu, onun gənclərin ölkəmiz üçün layiqli vətəndaş kimi yetişmələri üçün atdığı addımlar barəsində danışıblar.
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB