Alyans beynəlxalq və yerli təşkilatların baxış bucaqlarını uyğunlaşdıracaq

Alyans beynəlxalq və yerli təşkilatların baxış bucaqlarını uyğunlaşdıracaq

QHT Əməkdaşlıq Alyansı Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyı Şurasının maliyyə yardımı ilə "2013 Prezident seçkilərində beynəlxalq və yerli təşkilatların baxış bucaqlarının uyğunlaşdırılması" mövzusunda layihəyə start verib.

Alyansdan SİA-ya verilən məlumata görə, layihə çərçivəsində beynəlxalq təşkilatların və geniş vətəndaş cəmiyyətinin iştirakı ilə 2013-cü il seçkilərinə həsr edilən konfrans keçiriləcək. Konfransda QHT-lərin fəaliyyətlərinin uzlaşdırılması üçün öhdəlik və əməkdaşlıq yolları müəyyənləşdiriləcək və beynəlxalq qurumlarla tərəfsiz və inhisarda olmayan QHT-lərin əməkdaşlığının vacibliyi müzakirə ediləcək.

Üç ay davam edəcək layihə dövründə eyni zamanda "Facebook" və "Twitter" sosial şəbəkələri üzərindən beynəlxalq təşkilatlarla əlaqələrin qurulması və Azərbaycanın müsbət imicinin formalaşdırılması üçün vaxtaşırı məlumatların göndərilməsi də təşkil olunacaq.

Qeyd edə ki, bununla bərabər, ölkədə seçkilərin ədalətli və şəffaf keçirilməsi üçün yaradılan şərait barədə də məlumatlar paylaşılacaq. İngilis dilində hazırlanan bu məlumatlar, həmçinin "Facebook"da artıq mövcud olan qruplar və səhifələrdə də müntəzəm olaraq paylaşılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə