Nehrəmlilər "Azadlıq Radiosu"ndan şantaja son qoymağı tələb edirlər

Nehrəmlilər "Azadlıq Radiosu"ndan şantaja son qoymağı tələb edirlər

SəsTV-nin e-mail adresinə Naxçıvan Muxtar Respublikasının Nehrəm kəndindən maraqlı məktub daxil olub. SİA-nın verdiyi məlumata görə, son vaxtlar mətbuatda "Azadlıq Radiosu"nun sadə vətəndaşları necə aldatdığı, onları hakimiyyətə qarşı başlatdıqları genişmiqyaslı anti-təbliğat kampaniyasına cəlb etdiyi haqda kifayət qədər tutarlı faktlar göstərilməklə məqalələr yazılıb, reportajlar hazırlanıb. Amma "Azadlıq Radiosu"nun təsir dairəsində olan və bəlli tellərlə adıçıkilən radionun cibindən asılı qalan qəzet və agentliklər baş verənləri reallıq kimi qəbul etmək istəmirlər. Üstəlik özlərinə haqq qazandırmaq üçün müxtəlif gedişlər edir, hətta şantajdan belə istifadə edirlər.

"Azadlıq" qəzetinin son sayında, böyük ehtimalla redaksiya əməkdaşlarından birinin dəsti-xətti ilə, guya Şahtaxtı kəndinin ziyalıları adından yazılmış etiraz məktubu dərc olunub. İmza yerində isə şahtaxtılılardan bir kimsənin adına rast gəlinmir. Bəs onda bu məktubun həqiqiliyini necə sübut etməli? Bu sualın cavabını yəqin ki, "Azadlıq" gələn sayında verəcək.

Babək rayon Nehrəm kəndinin sakinləri adından redaksiyamızın e-mail poçtuna gələn etiraz məktubunun isə orijinallığına heç kimin şübhəsi olmasın. Kənd sakini Salmanov Habil Müslüm oğlunun imza atdığı məktubda yazılıb:

"Biz nehrəmlilər kəndimizdə aparılan tikinti işlərinə, 1 saylı məktəbin inşasına görə, ölkə rəhbərliyinə, o cümlədən Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova öz minnətdarlığımızı bildiririk. "Azadlıq radiosu"nun muxbiri Yafəz Əkrəm oğlu Həsənov kimi düşmənlər Nehrəm kəndində gedən abadlıq işlərinə kölgə salmaq istəyirlər. Kənddəki 1 saylı orta məktəb hazırda olduğum İstanbul şəhərindəki məktəblərdən geniş və yaraşıqlıdır. Biz nehrəmlilər hörmətli Ali Məclisin sədri Vasif Talıbovun Nehrəm üçün gördüyü işləri bəyənirik və onu dəstəkləyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə