Ulu öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər Təşkilatının tədbirləri çərçivəsində şəhərin ali və orta ixtisas məktəblərinin tələbələri arasında şahmat yarışı keçirilib. SİA-nın məlumatıan görə, yarışda ADAU, GDU, AzTU, AzMİ Gəncə filialı, Musiqi Kolleci, Texniki Kollec, Humanitar Kollec və Tibb Kollecinin komandaları iştirak ediblər.
Yarış üç mərhələdə keçiriləcək. YAP Gəncə şəhər Təşkilatının Qərargahında keçirilən püşkatma mərasiminin nəticələrinə görə, GDU, AzTU-nun, AzMİ, Musiqi Kollecinin ADAU. Tibb Kollecinin komandaları ilə yarışıblar. Şahmat Məktəbində baş tutan yarışmada GDU-nun, ADAU-nun, Musiqi Kollecinin, Humanitar Kollecin komandaları yarımfinala vəsiqə qazanıblar.
YAP Gəncə şəhər Təşkilatının sədri İsrafil İsmayılov çıxış edərək bildirib ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Eyni zamanda, son bir neçə il ərzində bilavasitə gənclərlə bağlı xeyli sayda normativ- hüquqi sənədin qəbul olunması ölkəmizdə gənclərlə iş sahəsində gənclərin sosial-iqtisadi fəallığına yönəldilmiş mükəmməl qanunvericilik bazasının formalaşdırılmasından xəbər verir. Ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən dövlət gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdədir.
Bu baxımdan Yeni Azərbaycan Partiyası daim gənclərlə işə xüsusi önəm verir, gənclərin elm, təhsil sahəsində uğurları ilə yanaşı, fəal mövqeli vətəndaş kimi formalaşmasına böyük diqqət yetirir.
Keçirilən tədbirlər, görüşlər müasir gəncliyin inkişafına xidmət edir. Gəncə Gənclər şəhəridir. Burada ali və orta ixtisas məktəblərində təhsil alan gənclərin fəallığı xüsusilə seçilir.
Bugünkü, şahmat turnirinin keçirilməsində məqsəd gənclərimizin intellektinin inkişaf etdirilməsi və təmkinlik, düşüncə qabiliyyətlərinin formalaşmasına kömək etməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB