Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşəbbüsü ilə Ümumdünya Əməyin Mühafizəsi gününə həsr olunan "Peşə xəstəliklərinin profilaktikası", "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)" respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirib.
Mərasimdə çıxış edən AHİK sədri, millət vəkili Səttar Mehbalıyev bildirib ki, tədbirin əsas məqsədi hər bir işçinin təhlükəsiz və sağlam əməklə təmin olunmasıdır: "Həmkarlar ittifaqları dövlət orqanlarının, ictimaiyyətin, mütəxəssislərin diqqətini əməyin mühafizəsi problemlərinə yönəltmək məqsədi ilə ənənəvi "Ümumdünya Əməyin Mühafizəsi günü"nü (28 aprel) geniş miqyasda qeyd edib"
Məlumat üçün bildirək ki, müsabiqələrin əsas məqsədi Konfederasiyanın üzv və tabeliyindəki müəssisə və təşkilatlarda həmkarlar ittifaqı nəzarətinin səmərəliliyini yüksəltmək, işəgötürənlər tərəfindən işçilərin qanuni hüquq və mənafelərini həyata keçirmək, istehsalat zədələnmələrinin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görmək, əməyin mühafizəsi üzrə komissiyalara, ictimai səlahiyyətli nümayəndələrə rəhbərlik edən həmkarlar ittifaqı təşkilatlarına kömək göstərməkdən ibarətdir.
Müsabiqədə 1200-dən artıq müəssisə, təşkilat, sex və sahə iştirak edib. AHİK-in münsiflər komissiyası 180-dən çox müəssisənin namizədliyini İcraiyyə Komitəsinin müzakirəsinə çıxarmış və 19 sahə həmkarlar ittifaqını təmsil edən 45 müəssisə, təşkilat, sex və sahə daha yüksək göstəricilərə nail olduğuna görə qalib elan olunub.
Tədbirin sonunda müsabiqə qalibləri mükafatlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB