"İşçilərin mühafizə vasitələri ilə təmin olunmasına ciddi fikir verilməlidir"
"Azərbaycan fəaliyyət göstərən bütün iş yerlərində çalışan işçilərin mühafizə vasitələri ilə təmin olunmasına ciddi fikir verilməlidir. Əgər iş yerlərində müvafiq qaydalara əməl olunmasa, o zaman bu kimi ciddi halların sayı artacaq". SİA-nın məlumatına görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev deyib.
Onun sözlərinə görə, Həmkarlar İttifaqlarının apardığı müşahidələr zamanı məlum olub ki, müvafiq normativ sənədlərin mövcudluğuna baxmayaraq, əməyin mühafizəsi ilə bağlı xeyli dərəcədə risklər mövcuddur: "Son illər Azərbaycandakı iş yerlərində işçilər arasında xəstələnənlərin sayı artır. Müxtəlif xəstəliklər səbəbindən işçilərin əmək qabiliyyətinin azalması müşahidə olunur. Bu xəstəliklər içərisində tənəffüs yollarının iltihabı, qanaxma və dəri xəstəlikləri üstünlük təşkil edir. Müvafiq tədbirlər görülmədiyindən və iş yerlərinin attestasiyasına biganə münasibətin nəticəsidir ki, peşə xəstəliklərinin yaranması riskləri çoxalır. Beynəlxalq Əmək Təşkilatının çağırışlarına qoşulan Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar ölkəmizdə təhlükəsizlik və sağlamlığın daha da təkmilləşdirilməsi və peşə xəstəliklərinin profilaktikası məsələsini qarşıda duran əsas məsələlər hesab edir. Ümid edirik ki, bu yolla işçilərin sağlam və təhlükəsiz əmək şəraitinə nail ola bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB