SAM-ın nümayəndə heyəti ABŞ-a rəsmi səfər edəcək

SAM-ın nümayəndə heyəti ABŞ-a rəsmi səfər edəcək

29 aprel – 8 may tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, direktor müavini Gülşən Paşayeva, Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov, İqtisadiyyatın Təhlili və Qloballaşma Məsələləri Şöbəsinin müdiri Vüsal Qasımlı və elmi işçilərdən ibarət nümayəndə heyəti ABŞ-a rəsmi səfər edəcək. SAM-dan SİA-ya verilən məlumata görə, səfər zamanı bir neçə konfransın keçirilməsi, ABŞ-ın nüfuzlu beyin mərkəzləri və universitetlərində görüşlər və mühazirələr nəzərdə tutulub.

Tədbirlərdə "Cənubi Qafqaz regionunda təhlükəsizlik məsələləri və münaqişələr", "Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesində mövcud vəziyyət və mümkün çıxış yolları", "Nabukko sonrası: Yenilənmiş Cənub qaz dəhlizi və Avropanın enerji təhlükəsizliyi", "Azərbaycan-Gürcüstan-Türkiyə: Strateji Alyansın Paradoksları və Çağırışları", "Azərbaycan-İran münasibətləri: gələcək dinamikanı müəyyənləşdirərkən" kimi mövzuların müzakirəsi planlaşdırılır.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə millət vəkili Asim Mollazadə və Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev də daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə