“Heydər Əliyev və maliyyə kredit sistemi:nailiyyətlər və çağırışlar” adlı konfrans keçirilib

“Heydər Əliyev və maliyyə kredit sistemi:nailiyyətlər və çağırışlar” adlı konfrans keçirilib

Bu gün Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və maliyyə kredit sistemi: nailiyyətlər və çağırışlar" adlı konfrans keçirilib. SİA-nın xəbərinə görə, konfransda Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov, AMEA-nın həqiqi üzvü, Milli Məclisinin deputatı Ziyad Səmədzadə və digər rəsmi qonaqlar iştirak edib.

Konfrans iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Daha sonra konfrans Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə hazırlanan qızıl xatirə sikkələrinin təqdimat mərasimi ilə başlayıb.

Tədbirdə həmçinin Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycanda bank sektorunun inkişafı" mövzusunda referat müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Qeyd edək ki, qaliblərə pul mükafatı ilə yanaşı Mərkəzi Bankın 20 illik yubileyi münasibətilə hazırlanan xatirə sikkəsi və müvafiq diplomlar verilib.

Elvin Abdullayev

Bütün xəbərlər Facebook səhifəmizdə