Maşınını əlindən aldılar

İTV—də təsərrüfat işləri üzrə müdir Natiq Sərdarovun bir neçə gündür başı dərddədir. Belə ki, əldə olunan informasiyaya görə, dünən N. Sərdarovun dəyəri 200 min manat olan POMPA ( beton maşını, mixel ) beton qarışdıran maşını əlindən alınıb. Banka 40 min manat borcu olan N. Sərdarovun maşını icra məmurlarının iştirakı ilə müsadirə olunaraq aparılıb.

Gəmiqayırma Şirkətində yüksək məbləğlə icarəyə verilən maşın tikinti sahəsində geniş istifadə olunur. Ona görə də böyük məbləğdə icarə haqqı ödənilir. Hadisə şahidlərinin sözlərinə görə, maşın müsadirə olunan zaman icraçılar yüngül etirazla üzləşsələr də maşını aparmağa nail olublar.

Məlumata görə, N. Sərdarovun bir neçə bu cür oxşar problemləri var.

Bütün xəbərlər Facebook səhifəmizdə