Bu gün Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "N" saylı hərbi hissəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə "Şahin" hərbi idman oyununun rayon final mərhələsi keçirilib. Məqsəd böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməsindən ibarətdir. Yarışda Nərimanov rayonunda yerləşən orta ümumtəhsil məktəblərinin komandaları iştirak ediblər. Tədbirdə qalib gəlmiş komandalar Nərimanov Rayon Gənclər və idman İdarəsi tərəfindən mükafatlandırılıb.
Xatırladaq ki, Tədbir Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi" bəndinin icarısını təmin etmək üçün keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB