Milli Teleradio Şurasının (MTRŞ) sədri Nurşirəvan Məhərrəmli televiziyalarda dərmanların reklam olunması məsələsinə münasibət bildirib. SİA-nın xəbərinə görə, şura sədri jurnalistlərə açıqlamasında bildirib ki, bununla bağlı Səhiyyə Nazirliyindən dərman preparatlarının siyahısı göndərilməyib: "Bu məsələ ilə əlaqədar rəy Səhiyyə Nazirliyi tərəfindən verilməlidir. Nazirlik eyni zamanda, dövlət qeydiyyatından keçən tibb müəssisələrinin siyahısını MTRŞ-ya təqdim etməlidir".
Şura sədri onu da qeyd edib ki, MTRŞ televiziyada gedən hər bir reklamla bağlı araşdırma apara bilməz: "Ola bilsin ki, reseptsiz dərmanlar da reklam olunur. Dərman və tibb ocaqlarının reklam olunması ilə bağlı məsələ Səhiyyə Nazirliyinə aiddir".
Ceyhun Eyyubov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB