Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Roland Kobia və onu müşayiət edən nümayəndə heyəti Gəncə şəhərində səfərdə olub. SİA-nın bölgə müxbirinin xəbərinə görə, qonaqlar İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb.
Görüşdə bir sıra məsələlər və layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud əlaqələri genişləndirməkdən söz açan Kobia bölgələrdə həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlı olduqlarını bildirib. E.Vəliyev də öz növbəsində Gəncədə Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən sosial iqtisadi, təhsil səhiyyə və biznes sahələrinə daim dəstək verdiklərini dilə gətirib. Görüşdə diplomata şəhərdə son zamanlar aparılan abadlıq və quruculuq işləri haqqında ətraflı məlumat verilib.
Görüşdə eyni zamanda Gəncənin 2016-cı ildə Avropanın Gənclər Paytaxtı elan olunması istiqamətində görülən işlər barəsində də danışılıb.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB