Bu gün 27 dərəcə isti olacaq

Bu gün hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, axşam şimal küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 6-10, gündüz 15-20, bəzi yerlərdə 25-27 dərəcə isti olacağı gözlənilir.

Ölkənin rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 6-11, gündüz 20-25, bəzi yerlərdə 28 dərəcəyədək isti, dağlarda gecə 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə gecə 5-10 dərəcə şaxta, gündüz 7-12, bəzi yerlərdə 15-18 dərəcə isti olacağı gözlənilir.

Aprelin 26-dan 28-dək Abşeron yarımadasında temperatur rejimi meteohəssas insanlar üçün əlverişli olsa da, atmosfer təzyiqinin xeyli tərəddüdü və arabir güclənən cənub küləyinin üstünlüyü bəzi insanlarda diskomfort hissi yarada bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə