Qaradağ rayonunda Zərifə Əliyevanın 90 illik yubileyi qeyd olunub FOTO
Akademik Zərifə Əliyevanın Azərbaycan Oftalmologiya elminin inkişafında böyük fəaliyyəti olub
Yeni Azərbaycan Partiyasının (YAP) Qaradağ rayon təşkilatının və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın 90 illik yubileyi münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, Heydər Əliyev Mərkəzində keçirilən tədbirin iştirakçıları ilk öncə Fəxri Xiyabana gələrək Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib, abidələri önünə tər çiçəklər düzüblər.
Daha sonra Qaradağ rayonunda yerləşən Heydər Əliyev Mərkəzində davam edən tədbirdə giriş sözü ilə çıxış edən Qaradağ rayon icra hakimiyyəti başçısının müavini Zəfər Əliyev Azərbaycan oftalmologiya elminin inkişafında misilsiz xidmətləri olmuş akademik Zərifə Əliyevanın zəngin həyat və fəaliyyətindən bəhs edib. Qeyd edib ki, akademik Zərifə Əliyeva gözəl həkim, olmaqla yanaşı həm də qayğıkeş xanım idi. Z.Əliyev Ulu Öndər Heydər Əliyevin ömür gün yoldaşı olmuş Zərifə Əliyevanın həmçinin dəyərli bir oftalmoloq kimi Azərbaycan tibb elmi qarşısında misilsiz xidmətləri olduğunu da tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, vurğulayıb ki, dəyərli bir ana olan Zərifə Əliyeva həmçinin Azərbaycan xalqının bu günü və gələcəyi üçün böyük dayaq olan övlad yetişdirib.
YAP Qaradağ rayon təşkilatının Qadınlar Şurasının sədri Təranə İsmayılova da çıxışında Azərbaycan tibb elminin, xüsusəndə oftalmologiya elminin inkişafında akademik, dəyərli ziyalı Zərifə Əliyevanın misilsiz xidmətlər göstərdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. T.İsmayılova Azərbaycan qadının ən gözəl nümunəsi olan akademik Zərifə Əliyevanın bir ana kimi layiqli övladlar yetişdirərək cəmiyyətə bəxş etdiyini vurğulayıb.
YAP Qadınlar Şurasının sədr müavini Məhəbbət İbrahimova da çıxışında cəmiyyətimiz böyük örnək ola biləcək dahi bir şəxs örnək ola biləcək şəxsin məhz görkəmli oftalmoloq alim, Akademik Zərifə Əliyeva olduğunu bildirib. M.İbrahimova Azərbaycan tibb elminin inkişafındakı xidmətləri ilə yanaşı akademik Zərifə Əliyevanın xalqımızın Ulu Öndəri Heydər Əliyevin ömür-gün yoldaşı kimi böyük fədakarlıqlar göstərdiyini də vurğulayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin müdiri Kamilə Əliyeva da Azərbaycan qadınının Akademik Zərifə Əliyevanın timsalında bu günümüzə və gələcəyimizə böyük örnək olduğunu diqqətə çatdırıb. K.Əliyeva Akademik Zərifə Əliyevanın tibb elmi ilə yanaşı ictimai proseslərdə də böyük aktivlik, fəallıq nümayiş etdirdiyini dilə gətirib.
YAP Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov görkəmli oftalmoloq alim, Akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinin müxtəlif dövrləri, onun bir həkim olaraq insanlara qarşı olan sonsuz qayğısının tükənməz olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. A.Hüseynov Akademik Zərifə Əliyevanın bir alim olaraq, eyni zamanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat yoldaşı olaraq bu günümüz və sabahımız üçün böyük örnək və nümunə olacaq əməl sahibi olduğunu vurğulayıb.
Qeyd edib ki, o təkcə tibb elmi ilə yanaşı ictimai əhəmiyyət kəsb edən məsələlərdə də həmişə böyük fəallıq nümaiş etdirərək bir nümunə obrazı yaradıb. İş fəaliyyətində qüsürlar və zədələr almış şəxslərin sağalaraq yenidən cəmiyyətə qaytarılması Akademik Zərifə Əliyevanın fəaliyyətinin əsasını təşkil edib deyən, A.Hüseynov Azərbaycan xalqının bu cür böyük şəxsiyyətə malik insanlarla daim qürur duyduğunu vurğulayıb. YAP Siyası Şurasının üzvü bu gün Azərbaycanımızın Ulu Öndər Heydər Əliyevin siyasi dühası ilə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada lider dövlətə çevrildiyini də tədbir iştirakçılarının nəzərinə çatdırıb.
YAP Qaradağ rayon təşkilatının əməkdaşı Zaməddin Həmişəyev də Akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinin müxtəlif dövrləri ilə bağlı zəngin məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB