Dövlət Baytarlıq Xidməti: "Nümunələrdə H1N1 virusuna rast gəlinməyib"
"Hazırda Şərqi Asiya və Cənub Şərqi Asiya ölkələrindən, xüsusilə Çindən, Yaponiyadan, Vyetnamdan və bu kimi "yüksək" və ya "aşağı patogenli quş qripi" yayılan ölkələrdən Azərbaycana quş əti və quş əti məhsulları idxal olunmur. Azərbaycana bu məhsullar yalnız Türkiyədən, ABŞ-dan və Braziliyadan, yumurta isə Türkiyə, İran və Bolqarıstandan idxal olunur". SİA-ya açıqlamasında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli belə deyib. O bildirib ki, bəzi Şərqi Asiya və Cənub Şərqi Asiya ölkələrində insanlar arasında H1N1 ştamplı quş qripi virusunun yayılması barəsində Xidmət əməkdaşları məlumatlıdır və bu səbəbdən də Baytarlıq Xidməti mütəmadi olaraq manitorinqlər keçirir: "Baş verənlərlə əlaqədar olaraq Xidmət cari ilin ilk 4 ayında 2 dəfə monitorinq keçirib. Monitorinqlər zamanı 3 mindən artıq ev və çöl quşlarından götürülən qan nümunələri və patoloji materiallar yoxlanılıb. Nümunələrin heç birində H1N1 virusuna rast gəlinməyib".
Növbəti monitorinqə aprelin 29-da start veriləcəyini diqqətə çatdıran Y. Xanvəli qeyd edib ki, çöl quşlarının cənubdan şimala doğru miqrasiyanın başlanması gözlənilir: "Bu miqrasiya dövründə də əgər quş qripi virusu aşkar edilməzsə növbəti monitorinqlər payız fəslində keçiriləcək".
"Bu gün Azərbaycanda quş qripi və ya ev heyvanları arasında yayıla biləcək digər xəstəliklərlə bağlı heç bir qorxulu hal müşahidə olunmur. Lakin əgər gələcəkdə ölkədə quş qripi virusu aşkarlanarsa savadlı mütəxəssislərlə yanaşı Baytarlıq Xidməti kifayət qədər dezinfeksiyaedici maddələrlə və həmin xəstəliyi qısa bir müddətdə müayinə edən yüksək standartlara cavab verən avadanlıqlarla təmin olunub"-deyə mətbuat katibi əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB