Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatının yeni mərkəzi yaradılacaq. SİA-nın xəbərinə görə, İslam ölkələrinin əmək və sosial müdafiəsi məsələlərini əhatə edəcək bu qurum Beynəlxalq Əmək Təşkilatının modeli olacaq. İslam Əməkdaşlıq Təşkilatına üzv olan 57 ölkəni özündə birləşdirəcək yeni mərkəzdə əhalinin əmək, məşğulluq, sosial müdafiəsi və digər məsələlər həll ediləcək. Bu təkliflə Bakıda keçirilən İƏT-ə üzv ölkələrinin əmək nazirlərinin ikinci konfransına sədrlik edən Azərbaycan çıxış edib və bu təklif təşkilatın baş katibi Ekmaləddin İhsanoğlu və üzv ölkələrin nazirləri tərəfindən də qəbul edilib. Həmin təklif prezidentə də təqdim olunub.
Yeni mərkəzin Azərbaycanın əmək və sosial müdafiəsi sahəsində İƏT-ə rəhbərlik edəcəyi iki il müddətində açılması nəzərdə tutulub.
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB