Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunan tədbir keçirib. SİA-nın xəbərinə görə, tədbirdə komitənin sədri Hicran Hüseynova, millət vəkilləri Bahar Muradova, Rəbiyyət Aslanova, Məlahət İbrahimqızı və başqalarə iştirak edib.
Tədbir iştirakçıları akademik Zərifə xanım Əliyevanın keçdiyi şərəfli həyat yolu, tibb elminə verdiyi töhfələr barədə söhbət açıblar. Bildirilib ki, görkəmli dövlət xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin ailəsində doğulan Zərifə xanım ulu öndər Heydər Əliyevə mənəvi dayaq və arxa olub.
Qeyd edək ki, tədbirin sonunda komitənin təşkil etdiyi "Ana- müqəddəslik zirvəsi" mövzusunda inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Samirə Abdullayeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB