Azərbaycan reytinqdə yüksək səviyyələrə qalxıb

Azərbaycan reytinqdə yüksək səviyyələrə qalxıb

"Azərbaycan hər zaman İslam Əməkdaşlıq Təşkilatının (İƏT) müxtəlif ölkələri ilə birlikdə neft və təhsil sahələrilə yanaşı, müxtəlif tədris və təlim proqramlarında da fəal iştirak edir. Bunun nəticəsində Azərbaycan inkişaf agentliklərinin reytinqlərində çox yüksək səviyyələrə qalxıb". SİA-nın xəbərinə görə, bunu İƏT -in baş katibi Ekmaləddin İhsanoğlu bu Bakıda keçirilən əmək nazirlərinin ikinci iclasında çıxışı zamanı deyib. O bildirib ki, təşkilatın istəyi İƏT-ə üzv ölkələri arasında əməkdaşlığı daha da gücləndirmək və bu günlərdə olan iqtisadi maliyyə böhranının üzv ölkələrdə hiss olunmayacağı səviyyəyə çatdırmaqdır.

Onun sözlərinə görə, son illər dünyada müşahidə olunan maliyyə böhranı nəticəsində islam ölkələrində iş yerlərinin sayı, gəlirlər və xarici investisiyanın həcmləri azalıb: "Bunun nəticəsində islam ölkələri arasında əmək bazarında son bir neçə il ərzində iş yerlərini itirən şəxslər də var. Bunlar xüsusilə iqtisadiyyatları sənaye məhsullarının ixracatından asılı olan ölkələrdə müşahidə edilir. 2006-2010-cu il ərzində olan rəqəmlərə baxsaq, orta hesabla işsizlik səviyyəsi İƏT-ə üzv dövlətlərində ümumdünya orta səviyyəsindən yuxarıda olub. Bu müddət ərzində islam ölkələrində orta işsizlik göstəricisi 9%-dən çox olub. Dünya orta səviyyəsində bu rəqəm 6,8%, digər inkişaf etmiş ölkələrdə isə 6,4%-dir. İslam ölkələrində əmək məhsuldarlığı kifayət qədər yüksək olsa da son illər müşahidə olunan maliyyə böhranı nəticəsində bu göstəricilər aşağı düşüb. Belə ki, dünya ölkələrində 2006-cı ildə əmək məhsuldarlığı 23 min dollar, 2007-ci ildə 27 min dollar olub. 2010-cu ildə isə İƏT ölkələrində əmək məhsuldarlığı 9 min dollar həcmində olub. Bu səviyyə dünya və inkişaf etmiş ölkələrin səviyyəsi ilə müqayisədə çox aşağıdır. Bundan başqa İƏT üzv ölkələri dünyada orta hesabla işçinin istehsal etdiyi məhsulların orta hesabla 1/3- islam ölkələri istehsal edirsə, bu rəqəm kifayət qədər aşağıdır. Yenə də bu rəqəmləri nəzərə alaraq demək olar ki, İƏT ölkələrində iqtisadiyyatında düşündükləri istiqamətlər əmək məhsuldarlığının artırılması, insan kapitalının daha çox inkişaf etdirilməsində səylərin daha da səfərbər olunmasıdır. Bu əməkdaşlıq bizim müxtəlif səylərimizi lövbər şəklində, İƏT çərçivəsində həyata keçirilən proqramlar hesabına irəliyə aparmağa yönəldilib. İƏT üzv ölkələrin əsas istiqamətlərindən biri də əmək məhsuldarlığının artırılması, yeni iş yerlərinin yaradılması üçün münbit şəraitin yaradılması və sosial iqtisadi inkişafın daha da artırılmasıdır".

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə