Mayın 7-də Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, AŞPA-nın Rasizm və ksenofobiya alt komitəsinin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə 2013-cü il mayın 7-də Bakıda Qadınlara qarşı zorakılıqla mübarizə üzrə beynəlxalq seminar keçiriləcək. SİA-nın verdiyi məlumata görə, tədbirdə AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya Komitəsinin digər üzvləri və ekspertləri ilə yanaşı komitə sədrinin müavini, Qadınlara qarşı zorakılıq üzrə baş məruzəçi, "Zorakılıqdan azad qadınlar" Parlament Şəbəkəsinin Siyasi koordinatoru Mendes Bota iştirak edəcək.
Seminarda "Qadınlara qarşı zorakılıq və məişət zorakılığın qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurasının Konvensiyasını" (İstanbul Konvensiyası) təhlil edən Parlament üzvləri üçün stolüstü kitabın Azərbaycan dilindəki nəşrinin təqdimatı keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB