Nazirlərinin üçüncü iclası İndoneziyada keçiriləcək

Nazirlərinin üçüncü iclası İndoneziyada keçiriləcək

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirlərinin üçüncü iclası İndoneziyanın paytaxtı Cakartada keçiriləcək. SİA-nın xəbərinə görə, bunu İƏT –in baş katibi Əkmələddin Ehsanoğlu Bakıda keçirilən əmək nazirlərinin ikinci iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Bakıda keçirilən ikinci iclasda İndoneziyanın təklifi qəbul edilib və 2015-ci ildə növbəti iclas Cakartada təşkil olunacaq: "Bu görüşdə əldə olunacaq sənədlər Cakartda keçirilən III görüşdə müzakirə ediləcək. Biz əlimizdən gələni edəcəyik ki, Bakıda qəbul edilən qərarları və qətnamələri yüksək səviyyədə icra edək".

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə