Göygöl rayonunda "Heydər Əliyev və Azərbaycanda torpaq islahatı" mövzusunda elmi konfrans keçirilib. SİA-nın bölgə müxbirinin xəbərinə görə, tədbirdə bu sahədə aparılan uğurlu siyasət və ölkənin aqrar inkişafı mövzusunda məruzələr dinlənilib. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təşkil edilən tədbirdə kənd təsərrüfatında həyata keçirilən islahatlar, pay torpaqlarının istifadə olunması istiqamətində Heydər Əliyevin həyata keçirdiyi siyasətdən geniş söhbət açılıb.
Tədbirdə xüsusi vurğulanıb ki, dahi siyasi xadimin apardığı işlər bu gün dünya dövlətləri çərçivəsində istifadə edilir. Müşavirədə həmçinin təməli Ulu Öndər tərəfindən qoyulan komitənin Geodeziya və Kartoqrafiya, eləcə də katastr və yerin məsafədən tədqiq edilməsi sahəsində əldə etdiyi nailiyyətlərdən danışılıb.
İlham Məmmədov
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB