Baş vermiş yanğınların qarşısı vaxtında alınıb. Bu barədə SİA Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər yayıb.
Xəbərdə deyilir ki, Goranboy rayonu, Səfikürd kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 42 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şamaxı rayonu, Çarhan kəndində (rayon mərkəzindən 11 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 6 kv.m sahədə və içərisinə yığılmış 1 ton ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB