Heydər Əliyev Fondu konfrans iştirakçılarında zəngin təəssürat yaradıb
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirlərinin II konfransının iştirakçıları aprelin 24-də Heydər Əliyev Fondunda olublar.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyinə təsadüf edən ziyarət zamanı İƏT-in üzv ölkələrinin nümayəndələrinə Fondun fəaliyyəti haqqında ətraflı məlumat verilib.
Qeyd olunub ki, Ümummilli Liderin zəngin irsini öyrənən və təbliğ edən Fond müxtəlif sosial–iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə kömək edir.
Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, Ulu Öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan eksponatlara diqqətlə nəzər yetirən qonaqlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə də maraqla tamaşa ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB