"Turan" İntellektual Oyunlar Klubu Azərbaycan Dövlət İqtisad Universiteti ilə birgə Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan "Nə? Harada? Nə zaman?"oyunu üzrə "Doğma dil" Kuboku təşkil etməyi planlaşdırır. Artıq dördüncü ildir ki, keçiriləcək kuboku "Turan" İntellektual Oyunlar Klubunun üzvü Anar Eyyubov Azərbaycan dilində təşkil edəcək. SİA-nın məlumatına görə, əsasən rus bölməsində təhsil almış məzun və tələbələr arasında keçirilən Kubok Azərbaycan dili, mədəniyyəti və tarixini təbliğ məqsədi ilə keçirilir. Ənənəvi turnirə maraq ildən-ilə artır və Kubok ölkənin əksər "Nə? Harada? Nə zaman?" oyunu həvəskarlarının diqqətini daha çox cəlb edir.
Qeyd edək ki, "Nə? Harada? Nə zaman?" oyunu üzrə "Doğma dil" Kuboku Azərbaycan Dövlət İqtisad Universitetində may ayının 5-də təşkil olunacaq. "Doğma dil" Kubokunun turnir distansiyası 36 sualdan ibarətdir. Qaliblər müxtəlif maraqlı prizlər və kubokla mükafatlandırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB