Bu gün Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş "Böyük alim - Qayğıkeş ana" adlı elmi - praktik konfrans keçirdi. BDU-dan SİA-ya verilən məlumata görə, konfransı giriş sözü ilə açan Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov akademik Zərifə xanım Əliyevanın həyatı haqqında ətraflı məlumat verdi. O, Zərifə xanımın bir insan və həkim kimi formalaşmasında böyüdüyü ailə və mühitin önəmini qeyd etdi. O, bildirdi ki, akademik Zərifə Əliyevanın apardığı tədqiqat işləri həmin dövr tibb elminə çox mühüm yeniliklər gətirdi. Zərifə xanımın bir həyat yoldaşı kimi Ümummilli liderimiz Heydər Əliyevə çətin günlərində hər zaman dayaq və dəstək olduğunu vurğulayan Daşqın müəllim cənab Prezidentimiz İlham Əliyevin formalaşmasında Zərifə xanımın da əhəmiyyətli rolunu qeyd etdi. Zərifə Əliyevanın bütün Azərbaycan qadınlarına nümunə ola bilcək təmiz, pak, müqəddəs sima olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Tədbirdə çıxış edən Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Məmmədbağır Məmmədov Zərifə xanım kimi əvəzolunmaz şəxsiyyətlərin gənclər arasında təbliğ edilməsinin vacibliyini qeyd etdi.
Sonra çıxış edən Hüquq fakültəsinin tələbəsi Məmmədova Yavər Zərifə xanımın həyatının fəlsəfi düyünlərini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Zərifə xanımla bağlı ən dəyərli xatirələrin məhz ümummilli lider Heydər Əliyevlə bağlı olduğunu qeyd etdi. Ümummilli lider Heydər Əliyevin müxtəlif zamanlarda Zərifə xanımla bağlı söylədiyi gözəl, gənclər üçün tərbiyəvi əhəmiyyətə malik xatirələrini konfrans iştirakçılarının diqqətinə çatdırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB