Aprelin 24-də Lerik Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2013-cü ilin birinci rübündə Lerik rayonunda görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, iclasda Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasdan irəli gələn vəzifələr və 2013-cü ilin birinci rübündə Lerik rayonunda görülmüş işlərə dair məruzə edib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə mühüm nailiyyətlər əldə edilib. İqtisadi və siyasi uğurlarımızla yanaşı, idman, təhsil, səhiyyə, sosial və digər sahələrdə də nailiyyətlər əldə olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 aprel 2009-cu il tarixli 80 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" rayonda uğurla icra edilir. Dövlət Proqramının icrasına uyğun olaraq keçən vaxt ərzində rayonumuzda 3451, o cümlədən cari ildə 270 yeni iş yeri, ümumilikdə isə 2004-2012-ci illər ərzində 8197 yeni iş yeri açılıb. Açılmış iş yerlərinin 40 faizdən yuxarısı daimi iş yerləridir.
2006-cı ildə Lerik şəhəri və 2011-2013-ci illərdə isə digər 14 yaşayış məntəqəsi mavi yanacaqla təmin edilib. Hal-hazırda rayonun 25 kəndinə qaz xətləri çəkilir.
Şəhərdə eyni vaxtda 300 nəfər qonağı qəbul edə biləcək xeyir-şər evinin inşasında son tamamlanma işləri aparılır.
Rayon baytarlıq idarəsi üçün yeni inzibati bina, Rvarud kəndində sahə baytarlıq məntəqəsi, Lerik şəhərində 6 saylı vergilər idarəsi üçün kompüter terminalı, rayon statistika idarəsi üçün inzibati idarə binası, Yaponiya dövlətinin maliyyə dəstəyi ilə Şingədulan kəndində həkim məntəqəsi inşa edilərək istifadəyə verilib, rayon icra hakimiyyətinin daxili imkanları hesabına Lerik şəhər uşaq bağçasının əsaslı təmirində son tamamlanma işləri aparılır.
Rayonda 18 ümumtəhsil məktəbi əsaslı təmir edilib, 7 məktəb inşa edilib, 8 məktəbin tikintisində işlər davam etdirilir. 2013-cü il üçün rayonda daha altı məktəbin tikintisi, iki məktəbin isə əsaslı təmiri edilməsinə görə texniki işlər həyata keçirilir.
Lerik şəhərində inşası 2011-ci ildə başlayan 17 MQVAAT-lıq elektrik stansiyasının tikintisində işlər sürətlə davam etdirilir. Lerik-Yardımlı 35 kv-luq yüksək gərginlikli elektrik hava xətti inşa edilib, Lerik-Lənkəran elektrik hava xəttinin tikintisi üçün texniki işlər həayata keçirilir.
Daxili imkanlar hesabına 8 kənddə, "Azərsu"ASC tərəfindən isə 2011-ci ildə Gürdəsər, Soru və Zenoni kəndlərində artezian quyuları qazılıb. Gürdəsər kəndində evlərə su xətinin çəkilməsii ilə bağlı 2011-ci ildə tikinti işlərinə başlanılıb.
Lənkəran-Lerik magistral yolu boyunca və digər yol kənarlarında 10 min ədəddən çox müxtəlif növ ağac və kollar, rayon meşə mühafizəsi və bərpası idarəsi tərəfindən isə minlərlə müxtəlif növ ağaclar əkilib, yeni meşə zolaqlarında əkin işləri aparılıb.
İclasda rayon mərkəzi xəstəxanasının baş həkimi Mübariz Ağayev, "Kapital Bank"ın rayon filialının müdiri İlham Dadiyev, rayon su-kanal sahəsinin rəisi Asif İmanov çıxış edərək ayrı-ayrı sahələr üzrə rayonda görülmüş işlər haqqında ətraflı danışıblar.
Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB