Ziyad Səmədzadə:"Azərbaycanda ipoteka kreditlərinin həcmi artacaq"

Ziyad Səmədzadə:"Azərbaycanda ipoteka kreditlərinin həcmi artacaq"

"Azərbaycanda ipoteka kreditlərinin həcmi artacaq. Bu, çox vacibdir. Xüsusilə də sosial təyinatlı gənclər üçün ipoteka kreditinin ayrılması, onun şərtlərinin yumşaldılması, sadələşdirilməsi istiqamətində ölkə prezidentinin tapşırığı var". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə Mərkəzi bank və Maliyyə Nazirliyi tərəfindən hesablamalar aparılır: "Mən belə hesab edirəm ki, ipoteka kreditləri üçün ayrılmış vəsaitin artırılması çox vacibdir. Xüsusilə də ipoteka kreditləri Bakı, Sumqayıtla yanaşı, Azərbaycanın regionlarını da əhatə etməlidir ki, orada yaşayan gənclər də bu resurslardan istifadə etsinlər. Bu paytaxta əsassız əhali axınının qarşısını alar, regionlarda mənzil fondunu inkişaf etdirər".

Samirə Abdullayeva

Bütün xəbərlər Facebook səhifəmizdə