Prezident ilk çıxışını etdi

AMEA prezidenti Akif Əlizadə prezident kimi ilk çıxışını edib. SİA-nın xəbərinə görə, A. Əlizadə onun prezident seçilməsinə səs verən hər kəsə təşəkkür edib: "Elə vaxt olmayıb ki, çıxış üçün çətinlik çəkim. Amma bu dəqiqə həyəcanlıyam. Sizin hamınıza xoşbəxtlik arzulayıram. Respublikada gedən yaradıcılıq fəaliyyəti ilə fəxr edirəm. Qürur duyuram ki, bu yaradıcılıq fəaliyyətinin elm istiqamətində mənim də payım var.

AMEA-da çalışmağım artıq 50 ildir. Bu gün də söz verirəm ki, Azərbaycan elmini daha da inkişaf etdirəcəyəm. Mən Azərbaycan prezidentinə təşəkkür edirəm. Ümid edirəm ki, sizinlə əl-ələ verib, Azərbaycan elminin, AMEA-nın nüfuzunu daha da qaldıracağıq".

Samirə Abdullayeva

Bütün xəbərlər Facebook səhifəmizdə