Bəzi saytlarda guya Bakı şəhəri, Nizami rayonu, 62 saylı məktəb-liseydə qanunsuz olaraq valideynlərdən pul yığılması barədə əsassız yazılar dərc edilib. Buna cavab olaraq 62 saylı məktəb-liseyin Valideyn Müəllim Assosiasiyası (VMA) bəyanat verib. VMA-dan SİA-ya daxil olan məlumatda deyilir ki, bundan əvvəl də dəfələrlə bu təhsil ocağı barədə ayrı-ayrı saytlarda, qəzetlərdə şər, dəqiqləşdirilməmiş, həqiqətdən uzaq yazılar dərc edilib.
VMA hesab edir ki, bu kimi dezinformasiyalar adı çıkilən təhsil ocağında çalışan müəllim kollektivi, şagirdlər və onların valideynlərinin imicinə böyük zərbədir. Təəssüfləndirici hal odur ki, bu sayaq saytlar bu şər-böhtanı öz internet resurslarında səhifələməkdən sanki qürur duyurlar.
VMA birmənalı olaraq bu məlumatı təkzib edir: "Bildirirlər ki, valideynlərdən pul yığılır və bu vəsait hesabına məktəbin yeni korpusu inşa ediləcək. Bəli, burada yeni korpus tikiləcək. Amma bu yazını yazanlar bilməmiş deyillər ki, dedikləri vəsaitə 600 yerlik korpus tikmək mümkün deyil".
VMA-nın bəyanatında belə yalan dolu yazı müəlliflərinin böyük bir kollektivin şərəf və ləyaqətinə xələl gətirildiyi vurğulanıb. Ona görə də məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB