Əhliman Əmiraslanov:“AMEA-ya ayrılan vəsait artırılmalıdır”

Əhliman Əmiraslanov:“AMEA-ya ayrılan vəsait artırılmalıdır”

"Gənclərin elmə axını təşkil edilməsə, yaxın gələcəkdə Azərbaycan elmi çox böyük çətinliklə üzləşəcək". SİA-nın xəbərinə görə, bunu AMEA-nın illik ümumi yığıncağında Akademiyanın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, millət vəkili Əhliman Əmiraslanov deyib.

Onun sözlərinə görə, gənclərin elmə marağı çox azalıb: "2012-ci il AMEA-nın tarixində yeganə ildir ki, doktorantura və dissertanturaya yerlərin sayı vakant qaldı. Bu, o deməkdir ki, gənclər elmə həvəs göstərmir. Buna maddi amillərlə yanaşı, ali məktəblərlə əlaqələrin zəif olması da təsir edib. Büdcədən elmə ayrılan vəsaitlərin həcmi artırılmalıdır. Elə institutlarımız var ki, hələ də köhnə avadanlıqlarla işləyirlər. Pensiyaya çıxan elmlər namizədlərinə 100, elmlər doktorlarına isə 200 manat əlavə vəsait verilir".

Samirə Abdullayeva

Bütün xəbərlər Facebook səhifəmizdə