Bu gün "Milli Dövlətçilik Naminə" Hərəkatın yaradılması ilə bağlı təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, konfransda açılış sözü ilə çıxış edən hərəkatın təsisçisi Tariyel Faziloğlu bildirib ki, bu hərəkatın yaradılmasında məqsəd, Azərbaycanda mövcud olan ideoloji boşluğun aradan qaldırılması, qərbin öz maraqları çərçivəsində Azərbaycana olan təsirinə qarşı çıxmaqdır.
Onun sözlərinə görə, indiyədək irəli sürülən heç bir fikir və həyata keçirilən layihələr ictimaiyyətin əhəmiyyətli bir qismi tərəfindən dəstəklənməyib: "Hətta bəzi dairələr milli ideologiyaya ehtiyac olmaması fikrini də irəli sürürlər. Lakin biz "Milli Dövlətçilik Naminə" Hərəkatı olaraq Azərbaycanın milli ideologiyasının həmişə dövlətimizin əsas rəmzlərindən olan uçrəngli bayrağımızda təcəssüm olunduğunu düşünürük. Biz inanırıq ki, Azərbaycan milli ideologiyasının başlıca hədəfi kimi şəxsiyyətini qoruyan, adət-ənənələrini yaşadan və inkişaf etdirən, islamdan qaynaqlanan mənəvi dəyərlərə malik, müasir dünya ilə ayaqlaşan, güclü və itirdiyi bütün əraziləri özünə qaytaracaq böyük dövlətdir".
Sonra digər təsisçi Gülnar Əhməd "Milli Dövlətçilik Naminə" Hərəkatının bəyannaməsini oxuyub.
Konfrans ideoloji problemlərin aradan qaldırılması istiqamətində gedən müzakirələrlə davam edib.
Qeyd edək ki, hərəkat 5 təsisçidən ibarətdir.
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB