Elmə 130 milyon manat ayrılması nəzərdə tutulub

Elmə 130 milyon manat ayrılması nəzərdə tutulub

"2013-cü ildə Azərbaycanda elmə dövlət büdcəsindən 130 milyon manat ayrılması nəzərdə tutulub. Bu göstərici 2009-cu ilə nisbətən 23 faiz çoxdur". SİA-nın xəbərinə görə, bunu AMEA prezidenti səlahiyyətlərini icra edən Akif Əlizadə Akademiyanın illik ümumi yığıncağında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu il dövlət büdcəsindən elmə ayrılan vəsaitin 78 milyon manatı AMEA üçün nəzərdə tutulub. Bu isə ölkədə elmə ayrılan vəsaitin 60 faizi deməkdir.

A. Əlizadə həmçinin qeyd edib ki, ölkədə elmə diqqət getdikcə artır: "Alimlərimiz öz əməklərini səfərbər edib, buna adekvat cavab verməlidir. Son illərdə ölkə prezidentinin sərəncamı ilə Elmin İnkişafı Fondu yaradılıb. AMEA-nın regional bölmələri maddi-texniki bazalarını gücləndirib. 2012-ci ildə elmimizin ən yüksək göstəricisi tarixçi alimlərimizim dövlət mükafatına layiq görülməsidir. Bu, akademiyanın dövlət qarşısında böyük uğurudur".

Samirə Abullayeva

Bütün xəbərlər Facebook səhifəmizdə