"Azərbaycanda ərzaq təhlükəsizliyini təmin etmək üçün iri taxılçılıq təsərrüfatları yaradılacaq". SİA-nın xəbərinə görə, bunu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu məqsədlə İqtisadi İnkişaf, Kənd Təsərrüfatı nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Meliorasiya və İrriqasiya Səhmdar Cəmiyyətinə 200-300 min ha torpaq sahəsi ayrılıb: "I mərhələ olaraq Ağcabədi və Beyləqan rayonları ərazisində 4800 ha torpaq sahəsi ayrılıb. Artıq tender elan olunub. Burada müasir meliorasiya və irriqasiya, aqrotexnika, aqrokimya tətbiq edilməklə hər hektardan 50-55 sentner məhsul almaq nəzərdə tutulur. Bununla da Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsi həll olunacaq".
Q. Məmmədov həmçinin deyib ki, Azərbaycanda torpaqların 40 faizi şoranlaşmaya məruz qalıb. Onun sözlərinə görə, Kür-Araz ovalığında şoranlaşma daha çox müşahidə olunur. Burada 2,3 milyon ha torpaq sahəsinin təxminən 30 faizi müxtəlif dərəcədə şoranlaşıb.
Samirə Abdullayeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB